Kvemo Kartli bölgəsində satış üçün nəzərdə tutulmuş müxtəlif markalı, ümumi bazar dəyəri 403 600 lari olan 83 500 qutu aksizsiz siqaret müsadirə edilib.
“Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının Kvemo Kartli rayon prokurorluğu ilə razılaşdırdığı əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda pul saxladıqlarına görə iki nəfər həbs edilib.
“Aparılmış istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin evlərindən Kvemo Kartli regionunda satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 403,6 min lari olan 83,5 min qutu müxtəlif markalı, aksizsiz siqaretlər götürülüb”, – deyə agentlik bəyanatda bildirib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 2 və 3-cü hissələri ilə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.