This is a specific ad

Kvemo Kartli regionunun hər bir bələdiyyəsi üçün əlavə tranş çərçivəsində 2 300 000 lari məbləğində vəsait ayırıb

34

Another advertisement

Kvemo Kartli regionunun hər bir bələdiyyəsi üçün Regional İnkişaf və İnfrastruktur Nazirliyi əlavə tranş çərçivəsində 2 300 000 lari məbləğində vəsait ayırıb.

Qiorqi Doxturişvilinin rəhbərliyi ilə Kvemo Kartli üzrə dövlət nümayəndəsinin administrasiyasında Məşvərət şurasının iclası keçirilib, harada ki regionun və yerli özünüidarəetmənin rəhbər şəxsləri müzakirə ediblər və həmin məbləğ çərçivəsində, bütün bələdiyyələrdə müxtəlif istiqamətlərdə həyata keçiriləcək infrastruktur layihələrini dəstəkləyiblər.

Qeyd edək ki, 2023-cü ilin sonunadək hər bir bələdiyyədə 1 150 000 lari istifadə olunacaq və necə ki yol infrastrukturu layihələri həyata keçiriləcək, eləcə də futbol üzrə mini idman meydançaları təşkil olunacaq, yaşayış binaları möhkəmləndiriləcək və xarici fasadlar reabilitasiya olunacaq.

Məşvərət şurasının iclasında dövlət nümayəndəsinin müavinləri: Nika Kobaxidze, İlia Calağania, Kaxa Koberidze, region bələdiyyələrinin merləri, Sakrebulo sədrləri və onların müavinləri iştirak edirdilər.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Batumidə qanlı hadisə:ata və iki uşaq odlu silahla güllələnib
Öncəki yazı
ქვემო ქართლის რეგიონის თითოეული მუნიციპალიტეტისათვის დამატებით ტრანშის ფარგლებში 2 300 000 ლარის ოდენობით თანხა გამოიყო