Bu gün Marneuli və Qardabani üzrə parlament deputatı Zaur Darğallı, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Marneuli bələdiyyəsi meri Kənan Ömərov, Marneulinin bələdiyyə məclisinin sədri Amiran Qiorqadze “Avropaya yalnız sülh, ləyaqət və firavanlıqla” şüarı ilə seçkiqabağı kampaniya çərçivəsində
Şulaveri inzibati vahidinə daxil olan kəndlərdə: Araflı, Aşağı Saral və Şulaveridə yerli əhali ilə görüşüblər.
QafqazTürk Media xəbər verir ki, görüşdə kənd sakinləri onları narahat edən əsas problemlərdən – qəzalı işıq dirəklərinin, kəndlərdə daxili yolların bərbad vəziyyətdə olmasından və suvarma arxlarının təmizlənməməsindən bəhs etdilər.
Baş tutan görüşdə əhalini narahat edən bu problemlər müzakirə olunaraq, onların həlli yollarından danışılıb.