Kvemo Kartli bölgəsində yolların abadlaşdırılması işləri fəal şəkildə aparılır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Kvemo Kartli quberniyası məlumat yayıb.
Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili mer Davit Şerazadişvili ilə birlikdə Bolnisi bələdiyyəsinin Vaxuşti Baqrationi, İliya Çavçavadze və İoan Bolneli küçələrində aparılan yol infrastrukturu işlərini nəzərdən keçiriblər.
İlya Çavçavadze və İoane Bolneli küçələrində 615 metr uzunluğunda yol asfaltlanıb. Layihə çərçivəsində bordürlər, drenaj sistemi və xarici işıqlandırma şəbəkəsi də təşkil olunacaq.
Bundan əlavə, şəhərin orijinal görkəmini bərpa etmək məqsədilə Baqrationi küçəsində asfaltlama işləri aparılır. İnfrastruktur layihələri layihə fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir ki, onların ümumi dəyəri 1 364 000 lari təşkil edir.