Kvemo Kartli bölgəsindən olan startapçılar üçün pre-aksellerasiya proqramına qeydiyyat başladı – ƏTRAFLI

71

Kvemo Kartli bölgəsində innovativ ideyası olan və ya erkən mərhələdə startapa sahib şəxslər üçün pre-aksellerasiya proqramına qeydiyyat elan olunub.

Proqram iştirakçılara ideyalarını inkişaf etdirmək və gələcəkdə keçiriləcək regional 25 min manatlıq qrant müsabiqəsinə qatılmaq üçün hazırlıq imkanı təqdim edir.

Pre-aksellerasiya proqramı nədir?
Bu, 14 günlük intensiv təlim kursudur. Proqram iştirakçılara sahibkarlıq biliklərini dərinləşdirmək, startapların yaradılması və genişləndirilməsi üzrə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təlimlərdə aşağıdakı mövzular əhatə olunacaq:

  • Problemlərin və həllərin validasiyası

  • Bazar araşdırması və hədəf bazarın (“beachhead market”) seçilməsi

  • İstifadəçi seqmentasiyası və personajların yaradılması

  • Biznes modelinin seçilməsi

  • Prototipləşdirmə və MVP hazırlanması

  • Maliyyə resurslarının cəlbi və digər mövzular

İştirak üçün tələblər:

  • 15 yaşdan yuxarı şəxslər (şagirdlər, tələbələr, gənc peşəkarlar)

  • İnnovativ ideyası və ya startapı olanlar

  • Ənənəvi biznesini inkişaf etdirmək üçün innovasiya və texnologiyalardan yararlanmaq istəyənlər

Proqramın formatı:

  • Həftə içi onlayn sessiyalar

  • Həftə sonu isə Rustavi bələdiyyəsində fiziki görüşlər

Qeydiyyat üçün son tarix 19 oktyabr olaraq müəyyənləşdirilib. Proqram region gənclərinə ideyalarını biznesə çevirmək və Kvemo Kartlidə yeni imkanlar qazanmaq üçün geniş platforma yaradır.

Qeydiyyat və daha ətraflı məlumat üçün linkə daxil olun

https://apps.mygita.ge/zs/lzEvsA?fbclid=IwY2xjawNLRuJleHRuA2FlbQIxMABicmlkETFFa3EwY29HOHRMdWRPVzl5AR5suZzsXB4ShTtw2mUqLXKGkKSs8TxBPusMSBOdcEJtzkOtDO_0PLb7UzSldg_aem_nhZVq3u2Q2z5YNK8fxg-Cw

Kateqoriya: Maraqlı
Sonrakı yazı
3 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Marneulidə məktəbəqədər təhsil müəssisələri üçün bilinqual proqram üzrə vakansiyalar elan olunub – MƏKTƏBLƏRİN SİYAHISI