This is a specific ad

Kvarelidə 24 yaşlı oğlan artıq dördüncü gündür ki, axtarılır 

23

Kvarelidə 24 yaşlı Levan Dolenjashvili artıq dördüncü gündür ki, axtarışdadır.
Another advertisement

Kvarelidə 24 yaşlı Levan Dolenjashvili artıq dördüncü gündür ki, axtarışdadır.

Gənc aprelin 8-də Satsxen kəndindən çıxıb və bir daha geri qayıtmayıb. Versiyalardan birinə görə, o, İsani metro stansiyası yaxınlığında görünüb. Ancaq, itkin düşən gəncin ailə üzvləri bu məlumatın təsdiqlənmədiyini deyirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları  bildirir ki,  itkin düşən gəncin görüldüyü konkret yerdə abadlıq işləri aparıldığı üçün oradakı müşahidə kameralarının qeydlərini çıxarmaq mümkün deyil.

Ailə üzvləri bildirirlər ki, Levan Dolenjashvili itkin düşməsinə bir neçə saat əvvəl, nə ailə üzvləri ilə, nə də başqa kənddə əyləndiyi şəxslərlə hər hansı münaqişədə olmayıb. Dolenjaşvili ailəsi axtarış tədbirlərinin daha da genişlənməsini tələb edir.

Sonrakı yazı
Rusiyada Şiveluç vulkanı püskürüb
Öncəki yazı
Çin ən çox əhalisi olan ölkə titulunu itirir