Kutaisidə baş verən yol qəzasında 3 nəfər dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, hadisə şəhərin çıxışında, Tskaltsitela körpüsünün yaxınlığında baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil çaya düşüb və içəridəki insanlar yerindəcə keçinib.
Yol-nəqliyyat hadisəsi gecə saatlarında baş verib. Hadisə yerində patrul və təcili yardım qrupları olub.