This is a specific ad

Kutaisidə keçirilən etiraz aksiyasında qarşıdurma olub

23

Another advertisement

Kutaisidə keçirilən etiraz aksiyasında qarşıdurma olub.

QafqazTürk Media xəbər verir ki, aksiya iştirakçıları “Gürcü arzusu” ofisinin yaxınlığında yolu bağlayıb, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri həbs ediblər.

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin parlament əksəriyyəti və hökumət komandasının iclasından sonra keçirdiyi brifinqdə Gürcüstanın Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcəyini bəyan etməsindən sonra Tbilisidə və bir sıra şəhərlərdə nümayişlər planlaşdırılıb.

Baş nazirin sözlərinə görə, Gürcüstan  2028-ci ilin sonuna qədər Avropa İttifaqının istənilən büdcə qrantından imtina edir.

Sonrakı yazı
“Gürcü xalqı, siz həm gürcü, həm də avropalısınız”- Qabrielius Landsberqis
Öncəki yazı
“2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməməyə qərar verdik”-İrakli Kobaxidze