This is a specific ad

Kutaisi hava limanı nəqliyyat qovşağına çevrilə bilər

57

Another advertisement

ABŞ hökuməti Gürcüstan tərəfinə Kutaisi hava limanını nəqliyyat qovşağına çevirmək üçün kömək etməyə hazırdır.

QafqazTürk.com xəbər verir ki,bu barədə Amerikanın Tbilisidəki səfirliyi məlumat yayıb.

“Kutaisi Beynəlxalq Hava Limanının nəqliyyat mərkəzinə çevrilmək üçün böyük potensialı var. Xüsusilə qeyd etmək lazımdır ki, o, kənd təsərrüfatı məhsullarının ixracı üçün mərkəzə çevrilərsə, Qərbi Gürcüstandakı fermerlərə böyük fayda gətirəcək. ABŞ Kutaisi hava limanının qovşağa çevrilməsi üçün kömək etməyə hazırdır”, – səfirliyin “Facebook” səhifəsində məlumat verilib.

Diplomatik nümayəndəlik artıq bu istiqamətdə iş apardıqlarını, xüsusən də təyyarə təmiri mərkəzinin yaradılması və marketinqin təkmilləşdirilməsi üzərində işlədiklərini vurğulayıb.

Xatırladaq ki, Kutaisi Beynəlxalq Hava Limanı 2012-ci ildə istifadəyə verilib. Gürcüstan İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun məlumatına görə, Hava Limanı 2023-cü ilin birinci yarısında 667,3 min sərnişinə xidmət göstərib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 103% çoxdur.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
მეგი გოგიტიძეს ვლადიკავკაზში დაგეგმილი კონცერტი გაუუქმეს
Öncəki yazı
Gürcüstanda mal-qarada “Emkar” xəstəliyi qeydə alınıb