Another advertisement
Marneuli bələdiyyəsinin Kürdlər kəndində daxili yolların bərpası işləri fəal şəkildə davam etdirilir.
Qafqaztürk.com xəbər veriri ki, bu barədə Marneuli bələdiyyəsinin meriyası məlumat yayıb.
Məlumata əsasən, layihə çərçivəsində, 1 525 metr uzunluğunda ikiqat asfalt yol örtüyü döşənəcək.
Marneuli bələdiyyəsinin meri Kənan Ömərov Sakrebulonun sədri Amiran Qiorqadze və yerli özünüidarəetmənin nümayəndələri ilə birlikdə görülən işlərin gedişatı ilə yerində tanış olub.
Layihə, Regional İnkişaf Fondu və yerli büdcə tərəfindən maliyyələşdirilir. Layihənin ümumi dəyəri 500 000 laridən çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Marneuli bələdiyəsinin 18 kəndində daxili yol infrastrukturunun təşkili nəzərdə tutulub. Layihələrin ümumi dəyəri 9 319 859 lari təşkil edir.