Rusiyanın Kursk vilayətinin Belovski rayonunda vəziyyət çox gərgindir.
QafqazTürk Media xəbər verir ki, bu barədə rayonun rəhbəri Nikolay Volobuyev bildirib.
“Ərazidə hələ də kimsə qalırsa, rayonu tərk etmələrini xahiş edirəm” – deyə sakinləri könüllü təxliyyəyə çağırıb.
Volobuyev, həmçinin bildirib ki, Oboyanski rayonunun bəzi kəndlərinə təxliyə üçün avtobuslar veriləcək.
Qeyd edək ki, Kursk vilayətinin atəşə tutulması nəticəsində 69 nəfər yaralanıb.
like2