Another advertisement
Ukraynanın Rusiya ərazisinə hücumu Qətərdə hər iki tərəfin nümayəndələri arasında aparılması planlaşdırılan məxfi atəşkəs danışıqlarını pozulmaq təhlükəsi qarşısında qoyub.
QafqazTürk Media xəbər verir ki, bu barədə “The Washington Post“ qəzeti yazıb.
Yazıda bildirilib ki, tərəflər Qətər hökumətinin vasitəçiliyi ilə atəşin dayandırılması yollarını müzakirə etməyə razılaşsalar da, Ukrayna ordusunun Rusiya ərazisində apardığı hərbi əməliyyatlar səbəbindən Rusiya nümayəndələri onlara məsləhətləşmələr üçün vaxt verilməsini xahiş edib.
Daha bir iddiaya görə isə diplomatik kanallarla həyata keçirilən müzakirələr nəticəsində tərəflər avqustun 22-də videokonfrans formatında görüşməyə razılaşıb.