This is a specific ad

Kursk hücumu: Müharibə Rusiya ərazisinə necə keçdi?-TƏHLİL

334

Another advertisement

Kursk hücumu: Müharibə Rusiya ərazisinə necə keçdi?

Ukraynada davam edən müharibə qəflətən əks istiqamət alaraq Rusiya ərazisinə keçdi. Doğrudur, Ukrayna tərəfinin bu “sürpriz”inin davamının nə olacağı bəlli deyil, ancaq ukraynalılar Kursk vilayətində irəliləməyə davam edirlər. Kiyev Kursk vilayəti ilə sərhəddə güclü HHM və REM sistemləri yerləşdirib. Ukrayna pilotları havadan düşmənə Amerikanın JDAM aviasiya bombaları ilə hücum edir.

İlk dəfə avqustun 6-da Ukrayna qüvvələri Rusiya sərhədini şimal-şərqdən, Sumı şəhəri ərazisindən keçərək Kursk vilayətini ələ keçirdikləri, Ukrayna tərəfinin Rusiya ərazisində Qərbin, o cümlədən ABŞ,İngiltərə və Almaniyanın təchiz etdiyi silah və texnikadan istifadə etdikləri məlumdur.  İngiltərə tanklarının ayağı ilk dəfə Rus torpağına dəyir.

Əsgərlərin sürətli irəliləyişinə rəsmi Kiyev üç gün səssiz qaldı. Avqustun 8-də prezident Vladimir Zelenski rusların müharibənin nə olduğunu özlərinin yaşamasının vaxtının çatdığını söylədi.

Bundan sonra nə olacaq?

Bu məsələnin sonrası daha da qarışıqdır. Ukraynanın Kurska hücumu o qədər gözlənilməz oldu ki, analitiklər Ukraynanın bu dərəcədə irəliləməsinin əsas məqsədinin nə ola biləcəyini hələ də düşünürlər.

“Demək olar ki, Kreml Ukrayna tərəfinin ələ keçirdiyi Kursk bölgəsində Rusiya ərazisini geri almağa və Rusiya ərazisi daxilində Ukraynanın hücumunu dayandırmağa çalışacaq. Ukrayna ordusunun əhəmiyyətli irəliləyişi prezident Vladimir Putinin Rusiyanın sabitlik, təhlükəsizlik və geosiyasi yüksəliş mirasına əsaslanmaq üzrə onillik səylərinə strateji zərbə olacaq”, – bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) araşdırma təşkilatı yazır.

Ukrayna əsgərləri irəlilədikcə onların təchizat xətləri təbii olaraq uzanacaq. Bunun həlli də daha genişlənməkdir ki, bu da tempin aşağı düşməsinə səbəb olacaq. Gec-tez ukraynalılar çətin dilemma ilə üzləşəcəklər.

Bundan əlavə, ruslar ərazini geri almağa cəhd edən zaman ukraynalıların nə edəcəyini zaman göstərəcək – döyüşəcəklər, yoxsa geri çəkiləcəklər?!. Birinci hal daha çox itkiyə bərabərdir, ikinci halda isə belə riskli əməliyyatın məqsədinin nə olduğunu anlamaq çətin olacaq.

Beləliklə, əgər ruslar öz ərazilərini müdafiə etməkdə çətinlik çəksələr və buna görə də diqqəti hücum əvəzinə müdafiəyə yönəltmək məcburiyyətində qalsalar, bu, ukraynalılar üçün müsbət hal sayıla bilər.

Xatırladaq ki, 16 avqust tarixində bir qrup Rus hərbiçi ağ bayraq qaldıraraq təslim olub və Ukrayna əsgərləri 50-dən çox rus hərbçisini əsir götürüb.

Ukraynanın bu hücumunun bir deyil də, bir-neçə səbəbi olduğu düşünülür. Ukrayna mümkün olduqca daha çox Rus torpağını ələ keçirərək, danışıqlar masasına əli  dolu getmək istəyir. Aparılan danışıqlar zamanı bu torpaqlar ,,Ayna effekti” yolu ilə ölkəyə qayıda bilər.

Danışıqlar demişkən, məlumdur ki, Rusiya tərəfi danışıqların tez başlamasını arzulayır. Rusiyadan fərqli olaraq, Ukrayna tərəfinin bu məsələ ilə bağlı müstəqil qərar qəbul etmək iqtidarında olmadığı müşahidə olunur. Son günlərdə artıq ABŞ rəhbərliyi də danışıqlar masasının qurulması haqda təkliflər irəli sürür. Məlumdur ki, bu təkliflər Demokratlar partiyasının payızda keçiriləcək seçki kampaniyası təbliğatının bir komponenti olaraq irəli sürülür. Bunu da vurğulamaq istərdik ki, Ukrayna tərəfi İstanbul şəhərində qurulmuş danışıqlar masasına deyil, Çinin təklif etdiyi danışıqlar masasında oturmağa daha meyillidir.

İnşAllah Ukrainlərin masa seçimindəki bu xətası onlara baha başa gəlməz.

Kateqoriya: Araşdırma
Sonrakı yazı
Kurska hücum Ukrayna və Rusiya arasında Qətərdə planlaşdırılan məxfi danışıqları pozub
Öncəki yazı
Belqorod qubernatoru: “Bir neçə sərhəd yaşayış məntəqəsindən əhali evakuasiya ediləcək”