3 gün əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində Kür çayına düşən avtomobilin digər sərnişininin axtarışları davam edir. Çaydan 2 nəfərin meyiti tapılıb. Sərnişinlərdən yalnız biri sağ qala bilib.
Artıq Prokurorluq yol-nəqliyyat hadisəsi ilə bağlı həbs edilən şəxsə qarşı ittiham irəli sürüb və bu gün məhkəmənin onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxacağı gözlənilir. İş iki və ya daha çox insanın ölümü ilə nəticələnən nəqliyyat vasitələrinin hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasından gedir. Cinayət 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.