“Lelo – Güclü Gürcüstan” və “Gaxaria Gürcüstan üçün” partiyalarının birgə Tbilisi merliyinə namizədi İrakli Kupradze “Gürcüstan Birinci Kanalı”nın efirində, mer namizədləri arasında keçirilən siyasi debat zamanı bildirib ki, əsas motivasiyaları vətəndaşlara ümid və inamı qaytarmaqdır.
QafqazTürk Media xəbər verir ki, Kupradze seçiciləri 4 oktyabrda səsverməyə gedərək dəyişikliklərə dəstək olmağa çağırıb:
“Son 13 ildə, anti-gürcü xətti aparan hakimiyyət şəraitində ətrafımızda kifayət qədər ümidsizlik, korrupsiya və uğursuzluq gördük – həm paytaxtda, həm də onun ətrafında. Əsas məqsədimiz vətəndaşlara ümid və inamı qaytarmaqdır, mənim məqsədim də bu istiqamətdədir. Mən onların həyatından gəlirəm, hər bir problemi mənim üçün yaxşı tanışdır. Vətəndaşlara müraciət edirəm: prinsip budur ki, mübarizə həmişə mənalıdır, təslim olmayın və hüquqlarınız üçün, övladlarınızın gələcəyi üçün mübarizə aparın. Onlar sağlam, təhlükəsiz və rifah dolu mühitdə yaşasınlar, uzun illər sizə verilən yalan vədlərlə yox. Gəlin 4 oktyabrda səsverməyə gedin, dəyişiklikləri dəstəkləyin və 9-cu nömrəni işarələyin,” – deyə Kupradze vurğulayıb.