Another advertisement
Gürcüstanda küçə itlərinin məcburi çiplənməsi tətbiq oluna bilər.
QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin Ətraf mühit Komitəsinin rəhbəri Maya Bitadze bildirib.
“Qanunlayihəsinin əsas məqsədi itlərin sahibliyi və çoxaldılması məsələsinə ciddi nəzarət olacaq. Əks halda, dövlət nə qədər kastrasiya və sterilizasiya əməliyyatları aparsa da insanlara nəzarət edilmədən problemin həlli mümkün deyil”.
Bitadzenin sözlərinə görə, heç bir baytarlıq klinikasında, pet mağazada və ya marketdə çipsiz itlərin satışına və yetişdirilməsinə icazə verilməyəcək. Küçədəki bütün heyvanların sahibləri cəzalandırılacaq.