Gürcüstanın İmereti bölgəsində kriminal qruplaşmaya qarşı əməliyyat keçirilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat çərçivəsində 7 nəfər saxlanılıb.
Kriminal qruplaşmanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif bizneslərə qarşı qanunsuz təsir göstərdiyi müəyyən edilib.
Saxlanılan şəxslərə qarşı açılmış cinayət işləri üzrə 15 ilədək həbs cəzası nəzərdə tutulur.