This is a specific ad

Kriminal avtoritet adından istifadə edərək vətəndaşlardan onları öldürməklə hədələyərək 100 min dollar istəyən şəxs saxlanılıb

53

Another advertisement

Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2001-ci il təvəllüdlü T.Q. külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlayıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Məlumata görə,təqsirləndirilən şəxs xaricdə yaşayan kriminal avtoritet adından istifadə edərək müxtəlif vaxtlarda vətəndaşlarla əlaqə saxlayıb və onlardan külli miqdarda əmlak əldə etmək məqsədi ilə 100 min ABŞ dolları istəyib, onları öldürməklə və əmlaklarını məhv etməklə təhdid edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən T.Q. hakimin hökmü əsasında həbs edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama nəticəsində, onun pul tələb etmək üçün vətəndaşlarla əlaqə saxladığı mobil telefon və SİM kartlar maddi sübut kimi götürüb.

Külli miqdarda əmlakı əldə etmək məqsədilə törədilmiş hədə-qorxu ilə tələb etmə faktı üzrə Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.

Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməyi nəzərdə tutur.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Tbilisidə hakim partiyanın qərargahının qarşısında etiraz aksiyası keçirilir
Öncəki yazı
Baş naziri tərcüməçini Olaf Şoltsun sözlərini təhrif etməkdə ittiham edib