Kreml: Qərb digər ölkələri Rusiyayla ticarəti dayandırmağa məcbur etməyə çalışır

23

Kreml: Qərb digər ölkələri Rusiyayla ticarəti dayandırmağa məcbur etməyə çalışır

Kreml sözçüsü Dimitri Peskov bildirib ki, Qərb digər ölkələri  Rusiyayla ticarəti dayandırmağa məcbur etməyə çalışır. O, ABŞ prezidenti Donald Trampın Hindistanın rus neftinə görə tariflərinin artırılması barədə açıqlamasına münasibət bildirib və bu kimi bəyanatların əslində təhdid xarakteri daşıdığını vurğulayıb.

Peskov qeyd edib ki, suveren ölkələrin öz ticarət tərəfdaşlarını seçmək hüququ var: “Biz inanırıq ki, suveren dövlətlər öz maraqlarına uyğun olaraq istədikləri ticarət tərəfdaşlarını və iqtisadi əməkdaşlıq rejimlərini seçmək hüququna malikdirlər.”

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Şalva Papuaşvili Danimarka parlamentinə məktub göndərib
Öncəki yazı
Baş nazir Ermənistan Prezidenti ilə görüşüb