Another advertisement
Kreml Paşinyanın Ermənistanın Rusiyanın Ukrayna münaqişəsində müttəfiqi olmadığı barədə sözlərini nəzərə alır.
QafqazTürk APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
“Biz bilirik ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var. Bununla belə, Moskva İrəvanla müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam edəcək”, – Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ötən gün, Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “CNN primanews” teleşirkətinə müsahibəsində “Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil.” – deyə bəyan etmişdir.