This is a specific ad

Kreml: Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır

34

Another advertisement

“Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır.”

QafqazTürk APA.az -a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Gürcüstanla diplomatik münasibətlərin bərpası perspektivləri ilə bağlı sualı cavablandıran Peskov tələsməməyi tövsiyə edib: “Uzağa qaçmağa dəyməz. Bu, ilk növbədə humanitar qərardır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə fərman imzalayıb. Fərmanda Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlara qoyulan qadağa da aradan götürülüb.

Sonrakı yazı
“Twitter”in yeni baş direktoru bəlli olub
Öncəki yazı
Danilov: Ukraynanın uğurlu əks hücumu olması təqdirində müharibə qışın başlanğıcınadək başa çata bilər