Kreml: ABŞ-ın Ukrayna münaqişəsinin həlli səylərini alqışlayırıq

31

Kremlin sözçüsü Dimitri Peskov bildirib ki, Rusiya ABŞ-ın Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərini alqışlayır.

Peskov bu fikirləri ABŞ prezidenti Donald Trampın Knessetdəki çıxışına münasibət bildirərkən səsləndirib. Tramp İsraillə “HƏMAS” arasında razılıq əldə olunmasından sonra xüsusi nümayəndəsi Stiv Uitkoffu diqqətini Rusiyaya yönəltməyə çağırmışdı.

“Əlbəttə, biz bu cür niyyətləri və siyasi iradəni alqışlayırıq, çünki bu, sülh yollarının tapılmasına töhfə verəcək. Ümid edirik ki, ABŞ-ın təsiri və prezident Trampın nümayəndələrinin diplomatik bacarıqları Ukrayna tərəfini daha fəal və sülh prosesinə hazır olmağa sövq edəcək,” – Peskov deyib.

Kremlin nümayəndəsi əlavə edib ki, Moskva ABŞ-ın sülh təşəbbüslərinə açıqdır və bu istiqamətdə atılacaq addımları diqqətlə izləyəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Gürcü Arzusu” hansı müxalifət partiyalarına qadağa qoyacağ?
Öncəki yazı
“Teror Gürcüstanda yeni zirvəyə çatır” – S. Zurabişvili İvanişvili komandasının qanun dəyişikliklərinə sərt reaksiya verdi