2023-cü ilin fevral ayında əvvəlki ayla müqayisədə ev təsərrüfatlarına verilən kreditlərin faiz dərəcələrinin bir qismi artıb , bir qismi isə aşağı salınıb.
QafqazTürk xəbər verir ki, artım xüsusilə ipoteka və avtomobil kreditləri üzrə müşahidə olunub, lombard və istehlak kreditləri üzrə faiz dərəcələri isə aşağı salınıb.
GMB-nın (Gürcüstan Milli Bankı) məlumatına əsasən ev təsərrüfatlarına verilən kreditlər üzrə orta faiz dərəcəsi aşağıdakı kimidir:
Fevral ayının statistikası:
İpoteka kreditləri – 13,15% (yanvar – 12,21%);
Avtomobil krediti – 24,94% (yanvar – 24,45%);
Lombard krediti – 18,28% (yanvar – 18,36%);
İstehlak kreditləri – 19,43% (yanvar – 19,64%);
İstehlak krediti – təminatlı – 14,46% (yanvar – 13,82%);
İstehlak krediti – təminatsız – 21,19% (yanvar – 21,19%).
Ümumilikdə faiz dərəcələrinə gəldikdə isə 2023-cü ilin fevral ayında əvvəlki ayın müvafiq dövrü ilə müqayisədə dərəcələr 12,9%-dən 13,8%-ə yüksəlib. Artım həm lari, həm də xarici valyuta ilə verilmiş kreditlər üzrə müşahidə olunub.
O cümlədən, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 17%-dən 16.9%-ə düşüb. Eyni göstəricilərə görə hüquqi şəxslər üçün milli valyuta ilə verilən kreditlər bahalaşıb, faiz dərəcəsi 13.9%-dan 14 %-ə yüksəlib. Fiziki şəxslər üçün kreditlər ildən-ilə ucuzlaşır. Fərdi kreditlər üzrə faiz dərəcəsi 18,9%- dən 18.7 %-ə düşüb.