This is a specific ad

Kredit müqaviləsindən hansı hallarda imtina etmək olar?-Yeni qayda qüvvəyə minib

58

Another advertisement

İyulun 1-dən etibarən müştəri uzaqdan yəni distant şəkidə bağlanmış müqavilədən, habelə bir milyon lariyə qədər verilmiş kreditlərdən onların icrasından sonra 14 gün ərzində imtina etmək hüququna malikdir.

Qafqaztürk.com xəbər verir ki, sözügedən dəyişikliklər “Maliyyə təşkilatları tərəfindən xidmətlərin göstərilməsi zamanı istehlakçıların hüquqlarının müdafiəsi Qaydaları”nda qüvvəyə minib.

“Sonuncu ən faydalı dəyişiklik, müqavilədən imtina etmək hüququ Avropa direktivinin tələblərindən irəli gəlir. Hesab etdik ki, bu hüququn istehlakçılara, o cümlədən maliyyə sektorunda olanlara verilməsi zəruridir. İyulun 1-dən müştərinin hansı növ müqavilələrdən imtina edə biləcəyi dəqiqləşdirilib və yazılıb.

Ən əsası isə müştəri istənilən vaxt heç bir səbəb göstərmədən müqaviləni ləğv edə bilər. Bunun üçün maliyyə qurumuna xüsusi mesaj göndərmək lazımdır. Müqavilə imzalandıqdan sonra 14 gün ərzində müştəri bildiriş göndərir və o, götürülmüş pulu 30 gün ərzində qaytarmalıdır.

Burada istifadəçi müəyyən xərclər çəkə bilər: məsələn, istifadəçi müqaviləni ləğv edərsə, 30 gün ərzində borc götürdüyü məbləği və müqavilənin imzalanmasından olan faizləri də qaytarmalıdır. Müştəri emissiya komissiyasını ödəməli olmayacaq”, – SEB-in İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamentinin rəhbəri Laşa Qzirişvili bildirib.

 

 

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Ərdoğan: “UEFA tərəfindən Merih Dəmiralın diskvalifikasiyası türk milləti üçün bir cəza idi”
Öncəki yazı
İranın yeni seçilmiş Azərbaycan əsilli prezidenti kimdir?-Araşdırma