Məşhur rusiyalı kosmonavt Oleq Artyomov Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Beynəlxalq Kosmik Stansiyadan paylaşım edib.
QafqazTürk.com xəbər verir ki, kadrlarda Yer kürəsi fonunda Türkiyə bayrağı əks olunub.
“Oktyabrın 29-da Türkiyə əsas milli bayramını – Respublika Gününü qeyd edir!” – deyə Artyomov videoya izah yazıb.
Video böyük maraqla qarşılanıb. Bir çox türkiyəli və azərbaycanlı istifadəçi paylaşıma görə kosmonavta təşəkkür edib.