Another advertisement
Astronavtika sahəsində tarixi hadisə baş verib – mülki şəxslər ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar.
QafqazTürk Media dünya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bu, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı baş verib.
Qeyd olunub ki, “SpaceX Crew Dragon” gəmisində “Polaris Dawn” kommersiya missiyası zamanı komandir Cared Ayzekman (Jared Isaacman) və missiya mütəxəssisi Sara Gillisin (Sarah Gillis) təmsil etdiyi ekipaj üzvləri açıq kosmosa çıxışı uğurla həyata keçiriblər.