This is a specific ad

Körpə uşaq dünyasını dəyişib-Valideynlər həkimləri biganəlikdə ittiham edirlər

307

Another advertisement

Tbilisidə birinci doğum evində sübh çağı körpə uşaq dünyasını dəyişib. Ailə üzvləri həkimləri biganəlikdə ittiham edirlər.

QafqazTürk Media xəbər verir ki, doğuş zamanı olan qadın noyabrın 10-da klinikaya daxil olub. Ailə üzvlərinin sözlərinə görə, təbii doğuş çətinləşib və həkimlər özləri qeysəriyyə əməliyyatından imtina edərək, ailə üzvlərini buna ehtiyac olmadığına inandırıblar. Hazırda körpənin meyiti ekspertizaya göndərilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə araşdırma başlanıb.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiymətində artım müşahidə olunur
Öncəki yazı
თბილისს ფიფას პრეზიდენტი, ჯანი ინფანტინო ეწვევა