Koronavirus pandemiyasının başlama səbəbləri ilə bağlı yeni məlumatlar ortaya çıxır

46

Almaniyanın xarici kəşfiyyat xidmətinin hesabatında deyilir ki, 2020-ci ildə koronavirus pandemiyasının başlamasına virusları araşdıran Çin laboratoriyasındakı səhlənkarlıq səbəb ola bilər.

Alman KİV-lərinin məlumatına görə, araşdırma materialları Uhan laboratoriyasında laboratoriya təhlükəsizliyi qaydalarına zidd olaraq hazırlanmış bir neçə riskli tədqiqat metodundan istifadə edildiyini göstərir.

Sənədlərə görə, alimlərin tədqiqat apardıqlarına dair sübutlar var. Təbii olaraq meydana gələn virusların manipulyasiya edildiyi funksiya tədqiqatlarının aparıldığı, bu cür təcrübələrin virus ötürmə qabiliyyətinə sahib olduğu və ötürdüyü obyektlərin dəyişməsinə səbəb olduğu bildirilir.

Kateqoriya: Cəmiyyət, Dünya, Maraqlı
Sonrakı yazı
37 ölkə Ukrayna üçün təhlükəsizlik planı hazırlayır
Öncəki yazı
Senator Cin Şahin siyasətdən getdiyini elan edib