Another advertisement
Misirin Qırmızı dəniz sahillərində köpək balığının hücumu nəticəsində bir turist ölüb, digəri isə yaralanıb.
Əldə olan məlumata görə, Misirin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin bəyanatında hadisənin Marsa Alam kurort şəhərinin şimalında baş verdiyi qeyd olunub.
Agentlikdən bildirilir ki, turistlərə hücum “dərin suda, üzgüçülük zonasından kənarda” baş verib.
Qeyd edək ki, ölən və yaralanan turistlər İtaliya vətəndaşlarıdır. Ölən 48 yaşlı kişi, yaralanan isə 69 yaşlı kişidir.
Hadisə ilə əlaqədar Marsa Aləmdə üzgüçülük sahəsi bağlanıb, araşdırma aparılır.
Müstəqil Köpək Balığı Tədqiqatları İnstitutunun verdiyi məlumata görə, son 10 ildə Qırmızı dənizdə köpəkbalığı hücumlarından dörd insan ölümü təsdiqlənmişdir.