This is a specific ad

Könüllülüyün faydaları nədir və bizim şəxsi inkişafımıza onun hansı təsirləri var?

81

Another advertisement

Sirr deyil ki, könüllülük indiki sosial problemləri həll etmək məqsədilə bir mexanizm kimi yaşadığımız cəmiyyət üçün faydalıdır. Bəs şəxsi inkişafımıza onun hansı təsirləri ola bilər? İpucular çoxdur. Könüllülərin öz şəbəkələri daxilində olan insanlara məhsuldar nəticələr qazanmağa yardımçı ola biləcəyini anlamaq çox gözəldir.

Mənim üçün könüllü olmağın əsas səbəbi, ilk növbədə, öyrənmək, başqalarına kömək etmək və yerləşdiyim komfort zonadan kənarda tapa biləcəyim bacarıqları aşkara çıxarmaqdır.

Zəif və güclü tərəflərinizi müəyyən etmək

Həyatınızın hər hansı bir mərhələsində könüllü fəaliyyətinə başlaya bilərsiniz, yaş həddi və ya məhdudiyyəti yoxdur. Gənc yaşda könüllü olmaq, maraq dairələrinizin nə olduğunu və güclü karyeranızın harada yerləşdiyini müəyyən etməkdə ikiqat faydalı ola bilər ki, bu da gələcək karyeranız barədə qərar qəbul etməkdə böyük rol oynaya bilər. Komfort zonanız xaricində müxtəlif fəaliyyət növləri ilə məşğul olaraq, maneələrin üzərindən necə ünsiyyət qurmağı öyrənirsiniz. Nəticədə, həyatda vacib olan bir çox akademik və sosial bacarıqları inkişaf etdirirsiniz.

Yeni bacarıqlar əldə etmək

Könüllülüyün daha çox hamıya məlum olan üstünlüklərindən biri də yeni bacarıqların inkişaf etdirilməsidir. Əvvəllər heç vaxt icra etmədiyiniz fəaliyyətlərlə məşğul olaraq şübhəsiz ki, heç vaxt ehtiyacınız olmadığını bildiyiniz yeni bacarıqlar əldə edəcəksiniz. Bu, özünüzü tanımaq üçün sizi ruhlandıracaq, karyera yüksəlişində və şəxsi inkişafınızda sizə kömək edəcək. Mənə gəldikdə, Budapeştdə könüllü olaraq keçirdiyim vaxt mənim özümü inkişaf etdirməyim üçün çox vacib olmuşdur. Xaricdə bir ölkədə tək yaşamaqdan narahat olsam da, özümü həqiqətən anlamaq üçün mənə tanış olan yeri tərk etməli olduğumu kəşf etdim.

Özgüvəni artırmaq

Könüllülük sizin fərqli tərəflərinizi görməyə və görmə qabiliyyətinizi və gerçəkliyə diqqətinizi artırmağa imkan verəcəkdir. Bir könüllü kimi rolunuz sizə təbii bir müvəffəqiyyət və özünə inam hissi bəxş edir. İstedadınıza uyğun bir layihə ilə məşğul olsanız, şübhəsiz ki, özünüzə güvən hissi də artacaqdır ki, bu da sizin daha dolğun, daha məzmunlu yaşamınıza səbəb olacaqdır.

Yeni insanlarla tanışlıq

Könüllülük sizinlə eyni məqsədi bölüşən digər insanlarla birgə işləmək deməkdir. Bu iş sizə müxtəlif sahələrdən olan fərqli insanlarla görüşmək üçün nadir fürsət verəcək. Bu təkcə həyatınızda yeni tanışlıqlar gətirməyəcək, eləcə də ünsiyyət bacarıqlarınızı inkişaf etdirəcək. Bu yolda tanış olduğunuz insanlar təsəvvür edə biləcəyinizdən daha çox həyatınıza təsir göstərə bilər və ömür boyu onlarla dostluğunuz davam edə bilər. Bu insanlarla tanışlıq sizə dünyaya fərqli bucaqdan baxmağa kömək edəcək, onların baxışından fərqli düşüncələri və perspektivləri göstərəcək.

Daha qətiyyətli olmaq

Peşəkar təcrübə qazanmaq sizi daha çox iş görməyə sövq edəcək və sorağında olduğunuz həyat məqsədini sizə verə bilər. Bu, sonda qətiyyətinizi və qətiyyət hissini gücləndirəcəkdir. Qətiyyət uğura aparan yolda əsas amildir, könüllülük sayəsində hədəflərinizə çatmaq üçün iradə tapıb daha yaxşı nəticələr əldə edə bilərsiniz.

Həyatınıza macəra qatmaq

Ola bilsin sıxıntı yaşayırsınız və yenilik axtarışındasınız. Könüllülük həyatınıza yenilik gətirəcək və səmərəli bir işlə məşğul olduğunuzun fərqindəykən günləriniz daha rəngarəng olacaq. Ancaq bu hamısı deyil, fərqli işləri həyata keçirərkən, təsəvvür belə etmədiyiniz, sizi ilhamlandıracaq elə bir məşğuliyyət tapa bilərsiniz ki, bununla bütün həyatınız tamamilə dəyişə bilər.

Həyatınızı əyləncəli etmək

Bəs nəyi gözləyirsiniz? Sadəcə maraqlı olduğunuz fəaliyyəti, mövzunu tapmalı və onunla məşğul olmalısınız. Sadəcə fəal olun və həyatınızı əyləncəli edin!

Müəllif: Kantsa Kvirikaşvili, Aİ-nın Qonşuluq və Genişlənmə proqramı, Gürcüstan Gənclərinin Atlantik Saziş Assosiasiyası və Mladiinfo Internationalının könüllüsü, Beynəlxalq Əlaqələr ixtisası üzrə tələbə

Mənbə: mladiinfo.eu

Sonrakı yazı
Marneulidə bədbəxt hadisə
Öncəki yazı
Patruşev: ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir