This is a specific ad

Konstitusiya Məhkəməsində Salome Zurabişvilinin impiçment məsələsinə baxılır

46

Another advertisement

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçment təqdimatına baxır.

QafqazTürk.com xəbər verir ki, məsələyə Konstitusiya Məhkəməsinin 9 hakimindən ibarət plenumda baxılır.

Prezidentin sessiyada iştirak etmir. Vəkillər Tamar Çuqoşvili və Maya Kopaleişvili məhkəmədə onun maraqlarını müdafiə edirlər.

Sessiyada “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze və hakim partiyanın digər üzvləri: Anri Oxanaşvili, Giorgi Kaxiani və Tenqiz Şarmanaşvili təqdimatların müəllifləri qismində iştirak edirlər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Sinan Oğandan 3 oktyabr təbriki – FOTO
Öncəki yazı
Sentyabr ayında ucuzlaşan məhsullar – STATİSTİKA