This is a specific ad

Konstitusiya Məhkəməsi hakiminin oğlu parlament tərəfindən Ədliyyə Şurasının üzvü seçilib

16

Another advertisement

Oktyabrın 17-də Gürcüstan parlamenti hakim olmayan üzvlər kimi Levan Nemsadze və Qoqa Kikilaşvilini 90 səslə Ali Ədliyyə Şurasına seçib. Qoqa Kikilaşvili Konstitusiya Məhkəməsinin hakimi Xviça Kikilaşvilinin oğludur. Xviça Kikilaşvili bir gün əvvəl, oktyabrın 16-da Gürcüstan prezidentinin Konstitusiya normalarını pozduğunu müəyyən edən 6 hakimdən biridir.

“Narahatedicidir fakdır ki, Konstitusiya Məhkəməsi prezidentin işi ilə bağlı qərarı elan etdikdən bir gün sonra Gürcüstan parlamenti hakimin oğlu Qoqa Kikilaşvilini 90 səslə Ali Ədliyyə Şurasının hakim olmayan üzvü vəzifəsinə seçib”, – qeyri-hökümət təşkilatı “Məhkəmə Gözətçisi”nin rəhbəri Nazi Janezaşvili deyir.

“Gürcü Arzusu” partiyasının rəhbərlərindən biri Mamuka Mdinaradze Qoqa Kikilaşvilinin seçilməsi ilə hakim Xviça Kikilaşvilinin çıxardığı qərar arasında əlaqəni təkzib edib.

“Biz aylar əvvəl Salome Zurabişvilinin konstitusiyanı pozacağını bilmirdik. Gələcəyi hesablayıb Kikilaşviliyə, sənədləri gətir, səni seçəcəyik və əvəzində atan həqiqəti dəstəkləsin deyəcəkdik eləmi? Belə cəfəngiyyatlara inanırsınız?”, – deyə Mamuka Mdinaradze bildirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
23 oktyabr tarixində, Marneuli meriyasında Bələdiyyə Məclisinin iclası baş tutacaq
Öncəki yazı
İsrail Qəzza zolağında ölən əsgərlərin və girovların sayını açıqlayıb