This is a specific ad

Konfrans Liqası: “Beşiktaş”la “Fənərbağça” böyük hesabla məğlub oldular

10

Another advertisement

UEFA Konfrans Liqasının V turu Türkiyənin “Fənərbağça” klubu üçün uğursuz olub.

QafqazTürk.com xəbər verir ki, İstanbul komandası səfərdə Danimarkanın “Norşellan” kollektivinə böyük hesabla uduzub – 6:1.

Bu məğlubiyyət həm də türkiyəlilər üçün qrup liderliyinin itirilməsilə nəticələnib.

Beləliklə də, beş oyundan sonra 9 xala malik “Fənər” H qrupunda 3-cü sıraya düşüb. “Norşellan” isə xallarının sayını 10-a çatdıraraq ilk pilləyə yüksəlib.

Bununla yanaşı, Türkiyənin “Beşiktaş” klubu isə doğma meydanda D qrupunun lideri olan Belçika “Brügge”sini qəbul edib.

İstanbullular elə ilk dəqiqələrdən təşəbbüsü qonaq komandaya təslim ediblər. Nəticədə matç “Brügge”nin 0:5 hesablı mütləq üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda Belçika kollektivi 13 xalla qrupda 1-ci, turnirdə qələbəyə həsrət qalan “Beşiktaş” isə cəmi 1 xalla sonuncu yerdədir.

Kateqoriya: İdman
Sonrakı yazı
ქვეშეთი-კობის გზაზე 1,5-კილომეტრიანი ახალი გვირაბი გაიჭრა
Öncəki yazı
ისრაელი და “ჰამასი” ღაზის სექტორში დროებითი ცეცხლის შეწყვეტის ერთი დღით გახანგრძლივებაზე შეთანხმდნენ – Wall StreeT Journal