Kolumbiyada prezidentliyə potensial namizəd Miqel Uribe güllələnib

60

Kolumbiyada prezidentliyə potensial namizəd güllələnib, şübhəli şəxs həbs edilib.

Bu barədə Reuters məlumat yayıb.

Reuters-in məlumatına görə, senator və müxalifətdəki “Demokratik Mərkəz” partiyasından prezidentliyə potensial namizəd olan 39 yaşlı Miqel Uribe Boqotada seçki kampaniyası zamanı güllələnib.

Baş prokuror Luz Adriana Kamarqo, “Uribenin vəziyyəti stabildir, lakin hələ də kritikdir,”- deyib.

Kolumbiyanın müdafiə naziri Pedro Sançes bildirib ki, polis Uribeni güllələməkdə şübhəli bilinən 15 yaşlı azyaşlını həbs edib və hazırda hüquq-mühafizə orqanları insidentdə digər şəxslərin də əli olub-olmadığını araşdırır.

Kolumbiya prezidenti Qustavo Petro hücumu pisləyib və hüquq-mühafizə orqanlarını hərtərəfli araşdırmaya çağırıb.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Millətlər Liqasının qalibi bu gün bəlli olacaq
Öncəki yazı
სომხეთის ნაღმური ტერორი გრძელდება