Kolonna: “15 il əvvəl, avqustun 7-də Rusiya Gürcüstana hücum etdi, 15 ildən sonra belə o, hələ də ölkə ərazisinin bir hissəsində mövcuddur”

0

“15 il əvvəl, avqustun 7-də Rusiya Gürcüstana hücum etdi, 15 ildən sonra belə o, hələ də ölkə ərazisinin bir hissəsində mövcuddur”- QafqazTürk xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Katrin Kolonna yazır.

Katrin Kolonna həmçinin Fransanın Gürcüstandakı səfiri Şeraz Qasrinin avqust müharibəsinin ildönümü ilə bağlı bəyanatını paylaşır.

“15 il əvvəl Rusiya Gürcüstana qarşı dəhşətli təcavüz müharibəsi apardı və bununla da sonradan Ukraynada istifadə etdiyi dərsliyə start verdi. Rusiya qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz hamımız bunu edirik”– fransız diplomat Şeraz Qasri yazır.

0
0
Sonrakı yazı
Zurabişvili: “Həqiqətən müstəqillik, dövlət istəyiriksə, özümüzə gəlməli, ümumi təhlükəmizin harada olduğunu görməliyik”
Öncəki yazı
NASA: Yerə Asteroidin yaxınlaşır