This is a specific ad

Kobaxidze:Uçuşların bərpası qərarı Rusiyanın birtərəfli qərarı olub və birtərəfli qaydada verilib

15

Another advertisement

“Söhbəti eşitmədim, lakin uçuşların bərpası ilə bağlı qərar Rusiyanın birtərəfli qərarı idi və bu, birtərəfli qaydada verilib”

QafqazTürk.com xəbər verir ki,bu sözləri “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze Qriqori Karasini və Zurab Abaşidzenin mediada yayılan telefon yazısı ilə bağlı bildirib.

Kobaxidzenin sözlərinə görə, Rusiya həm birtərəfli qaydada uçuşları ləğv edib, həm də birtərəfli qaydada onları bərpa edib.

“Hakimiyyətin uçuşları dayandırmasının yeganə yolu Rusiyaya qarşı sanksiyalar tətbiq etmək idi, bu, bizim üçün qətiyyən qəbuledilməz idi. Hər şey gün kimi aydındır. Söhbətin nədən ibarət olduğunu bilmirəm və eşitməmişəm”, – Kobaxidze bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Parlamentin plenar iclasında gərginlik yaşanıb
Öncəki yazı
Qəzza zolağındakı qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində onlarla insan həlak olub