This is a specific ad

Kobaxidzenin dünənki açıqlamasına Gürcüstan XİN münasibət bildirdi

35

Another advertisement

Hazırda Gürcüstan hökumətinin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarı ilə razılaşmayan Xarici İşlər Nazirliyinin əməkdaşlarının bəyanatını 100 nəfər imzalayıb.

Nazirlik adıçəkilən əməkdaşlarının qiymətləndirməsinə görə, “Gürcü arzusu”nun qərarı ölkənin strateji maraqlarına uyğun gəlmir.

“Diplomatlar olaraq bizim əsas vəzifəmiz Gürcüstanın milli maraqlarını qorumaq və Konstitusiyaya sadiq olmaqdır. Bu illər ərzində gürcü diplomatiyası Gürcüstanın Avropa və Avro-Atlantik strukturlarda birləşməsi üçün bütün səylərini göstərmişdir ki, bu da gürcü xalqının iradəsi və tarixi seçimidir.

Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarının gündəmindən çıxması ilə bağlı bugünkü bəyanat ölkənin strateji maraqlarına uyğun gəlmir.

Gürcüstanın Avropa ailəsinə qayıtması üçün misilsiz tarixi fürsəti təmsil edən Avropa İttifaqının genişlənmə dalğası beynəlxalq siyasi hadisələrlə bağlıdır. Ölkənin bu imkandan birtərəfli şəkildə imtina etməsi mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bundan başqa, ola bilsin ki, Avropa və Avroatlantik strukturlara qoşulma baxımından oxşar münbit şərait artıq yaranmasın. Bundan əlavə, üzvlüklə bağlı danışıqlar prosesinin dalana dirənməsi ölkənin təcrid olunmasına gətirib çıxaracaq. Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan beynəlxalq təhlükəsizlik mühitində cari proseslər fonunda xüsusilə güclənən təhdidlərlə üz-üzə qalır.

Hesab edirik ki, 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarının açılmasının siyasi gündəmdən çıxarılması Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin tələblərinə ziddir.

Biz Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya kursuna sadiq qalırıq.

Məlumat üçün bildirək ki, bəyanat açıqdır və onu imzalayanların sayı artır”, – Xarici İşlər Nazirliyinin fəal əməkdaşlarının imzaladığı bəyanatda deyilir.

Kateqoriya: Gündəm, Siyasət
Sonrakı yazı
Bu gündən ölkə əhalisinin və kənd təsərrüfatının siyahıya alınması prosesi başlayır
Öncəki yazı
“Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski dezinformasiya yayır”-“Gürcü Arzusu”-nun rabitə şöbəsi