This is a specific ad

Kobaxidze: “Yığıncaqlar və nümayişlər haqqında qanun prezidentə göndərilməyəcək və onun imzası olmadan qüvvəyə minəcək”

45

Another advertisement

“Yığıncaqlar və nümayişlər haqqında qanun prezidentə göndərilməyəcək və onun imzası olmadan qüvvəyə minəcək”.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

“Biz yığıncaqlar haqqında qanuna dəyişiklikləri onun imzası üçün prezidentə göndərməmək qərarına gəldik, çünki parlament bu qanunu Gürcüstan Konstitusiyasının 45-46-cı maddələri əsasında deyil, 36-cı maddəsi əsasında qəbul edib. Müvafiq olaraq, qanun prezidentin imzası olmadan dərhal qüvvəyə minəcək”, – Kobaxidze bildirib.

Xatırladaq ki, “Gürcü arzusu” Parlamenti dünən, oktyabrın 5-də üçüncü oxunuşda Rusiyanın daha bir qanununu qəbul edib. Bu qanun, ifadə və toplaşmaq azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və nümayişçilərə bir sıra qadağalar qoyur.

Ona əsasən yığıncaq və ya nümayiş iştirakçılarına müvəqqəti tikililərin təşkili qadağandır: toplantı və nümayiş iştirakçılarına, həmçinin digər şəxslərə təhlükə yaradırsa; polisin ictimai asayişi və təhlükəsizliyi qorumasına mane olursa; müəssisənin, idarənin və ya təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olursa; yığıncaq və ya nümayişin keçirilməsi ilə bağlı deyilsə.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Aİ Rusiyanın Abxaziyada hərbi dəniz bazası yaratmaq planından güclü narahatlığını ifadə edir
Öncəki yazı
Saqarecoda 14 yaşlı qız həyat yoldaşı tərəfindən öldürülüb