This is a specific ad

Kobaxidze: “Yaxın gələcəkdə yanaşmalar köklü və əsaslı şəkildə dəyişəcək”

156

Another advertisement

“Bizim tərəfimizdən addımlar atılır, ancaq ən əsası amerikalı tərəfdaşlardan da müvafiq addımlar atılmalıdır; İndiyə qədər gördüyümüz kimi, bunlar təsadüfi addımlar deyil”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Beşumda jurnalistlərə ABŞ-ın Gürcüstan hökumətinə 95 milyon dollarlıq yardımı dayandırması ilə bağlı sualı cavablandırarkən deyib.

Hökumət başçısının qeyd etdiyinə görə, dayandırılan pulun dəqiq məbləği barədə hələ ki, məlumat almayıb.

“Biz maraqlanacağıq və bütün bunları öyrənəcəyik. Bizim üçün ən önəmlisi gözləmə rejimində olmağımızdır. Bizim tərəfimizdən addımlar atılır, ancaq ən əsası isə amerikalı tərəfdaşlardan da müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, yaxın gələcəkdə, xüsusən və ilk növbədə Ukraynada müharibə başa çatdıqdan sonra yanaşmalar köklü və əsaslı şəkildə dəyişəcək”, – baş nazir bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Irakli Kobakhidze: “Yakın gelecekte yaklaşımların kökten ve temelden değişeceğini düşünüyorum”
Öncəki yazı
Azərbaycan XİN ölkə vətəndaşlarına Livana səfərlərlə bağlı xəbərdarlıq edib