“Gürcüstan prezidenti Salome Zurabişvilinin mayın 31-də Avropa Parlamentində çıxışının dövlətin maraqlarına zərər verməyəcəyinə ümid edirəm”
QafqazTürk xəbər verir ki, bu barədə “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze bəyan edib.
Kobaxidzenin sözlərinə görə, prezidentin bəyanatlarının, o cümlədən ölkənin Avropaya inteqrasiyası istiqamətindəki bəyanatlarının zərərli olmaması vacibdir.
“Ümid edirəm ki, prezidentin bəyanatları dövlət maraqlarımıza, o cümlədən Avropaya inteqrasiya istiqamətində zərərli olmayacaq. Mümkün bəyaanatlardan danışıram, hansılar ki ola bilsin, dövlət maraqlarına zərər gətirsin. Ümid edirəm belə olmayacaq”, – Kobaxidze qeyd edib.
Qeyd edək ki, Avropa Parlamenti ilə əldə olunan razılaşmaya əsasən, Gürcüstan prezidenti Salome Zurabişvili mayın 31-də Brüsseldə Avropa Parlamentində çıxış edəcək.