This is a specific ad

Kobaxidze: Ukrayna ilə münasibətlərin çətinləşməsi konkret siyasi qərarlarla əlaqədardır

47

Another advertisement

Gürcüstan və Ukrayna rəsmiləri arasındakı çətinliklər bizim Ukrayna xalqına maksimum yardım təmin etmək səylərimizə mane olmayacaq.

QafqazTürk.com xəbər verir ki, bunu  Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, heç bir siyasi qərarın Gürcüstan hökumətinin Ukrayna xalqının qayğısına qalmaq məsuliyyətinə mane olmadığını əlavə edib. Kobaxidze iki ölkənin rəsmiləri arasında münasibətlərin pisləşməsinin konkret qərarlarla əlaqəli olduğunu vurğulayıb.

Baş nazir əlavə edib ki, bu qərarlar arasında Ukrayna səfirinin Gürcüstandan geri çağırılması, həmçinin Gürcüstanın Ukraynadakı səfirinin faktiki olaraq ölkədən çıxarılması da var.

Baş nazir qeyd edib ki, Gürcüstan 26 min ukraynalı qaçqını qəbul edib və onları Ukrayna dilində pulsuz təhsillə təmin edib. Kobaxidze Gürcüstanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, Rusiyanın hərbi təcavüzünü pisləyən 600-dən çox müxtəlif sənədi və qərarı dəstəklədiyini əlavə edib.

Qeyd edək ki, İrakli Kobaxidze Berlində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edəcək.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilə bilər
Öncəki yazı
AP seçkilərində Radikal Milliyətçilərdən geri qalan Makron parlamentin fəaliyyətini dayandıraraq erkən seçki keçirmək qərarına gəlib.