This is a specific ad

Kobaxidze: “Prioritetləri prinsipial olaraq yerinə yetirdik, müvafiq olaraq Gürcüstana namizəd statusunun verilməməsi üçün bəhanə belə yoxdur”

46

Another advertisement

“Prioritetləri prinsipial olaraq yerinə yetirdik, müvafiq olaraq Gürcüstana namizəd statusunun verilməməsi üçün bəhanə belə yoxdur”

QafqazTürk xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze tövsiyələrin icrası ilə bağlı hesabat təqdim etdiyi mətbuat konfransında danışıb.

İrakli Kobaxidze Avropa İttifaqının qərarının faktlara əsaslanacağı təqdirdə, Gürcüstanın namizəd statusuna mütləq layiq olduğunu bildirib.

“Rəqəmlərlə çox vaxt asanlıqla manipulyasiya edilir. Əslində, məzmuna nəzər salsaq, prioritetləri prinsipial olaraq yerinə yetirdiyimiz olduqca açıq görünür. Müvafiq olaraq, biz keçən il də namizəd statusunun bizə veriləcəyinə hazır idik. Ancaq bu il Gürcüstana namizəd statusunun verilməməsi üçün heç bir bəhanə yoxdur. Təbii ki, dekabrda siyasi qərar veriləcək və siyasi qərar zamanı onun məzmununun nədən ibarət olacağını heç vaxt əvvəlcədən bilmirsən, amma söhbət faktlara əsaslanan qərardan gedirsə, fikrimizcə, Gürcüstan namizəd statusuna layiqdir”– deyə İrakli Kobaxidze bildirib.

Sonrakı yazı
İsveçdə Quran yandırılması ilə bağlı BMT təcili iclas keçirəcək
Öncəki yazı
Məcburi hərbi xidmətin bir illik təxirə salınması neçə lari ilə müəyyən ediləcək?