Kobaxidze: “Heç kim vətəndaşlıq qeydiyyatı şöbəsinə getməyəcək, heç kim cinsini dəyişməyəcək”

84

Baş nazir İrakli Kobaxidze cinsiyyət dəyişmək və bunun qanuni qeydiyyatı məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, hakimiyyətin mövqeyi qətidir:

Gürcüstanda sizə söz verirəm ki, heç kim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə getməyəcək və heç kim qadındırsa, kişiyə çevrilməyəcək. Bu mənim sözümdür”, – Kobaxidze vurğulayıb.

Partiya sədri əlavə edib ki, gender qeydiyyatında dəyişiklik tələbi insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz:

Əgər mən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə getsəm, qadın kimi qeydiyyata düşə bilmərəm. Kişi kimi qeydiyyata düşmək istəyənə isə deyirlər ki, bu, insan hüquqlarının pozulmasıdır. Bu, ayıb deyilmi?” – Kobaxidze deyib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Ombudsman: 2024-cü ildə 10 mindən çox şagird məktəbdən kənarda qaldı
Öncəki yazı
Avropa İttifaqı ölkələrinin yarısı Gürcüstanın üzvlüyünü dəstəkləyir – “Eurobarometer” sorğusu