Kobaxidze- Gürcüstanda son 4 ildə yoxsulluq yarıbayarı azaldılıb

73

Mtsxetada, Svetitsxovloba bayramı münasibətilə çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə son 4 ildə yoxsulluğun təxminən yarıbayarı azaldığını açıqlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Baş nazir qeyd edib ki,  iqtisadi artım yüksək templə davam edəcək və bu, yoxsulluğun tam aradan qaldırılmasına şərait yaradacaq.

“Son 4 il ərzində ölkəmizdə yoxsulluq yarıbayarı azaldılıb. İqtisadi artım sürətlə davam edəcək və bu, yoxsulluğun daha da azalmasını təmin edəcək. Artıq 5-ci ildir ki, Gürcüstanda yüksək iqtisadi artım müşahidə olunur və bu birbaşa yoxsulluq göstəricilərinə təsir edib. İlk dəfə olaraq yoxsulluq səviyyəsi tək rəqəmli göstərici – 9,4% qeydə alınıb. Təbii ki, bununla kifayətlənməyəcəyik. Məqsədimiz ölkədə yoxsulluğun tam aradan qaldırılmasıdır. Bu göstəricilər irəliləyişi əks etdirir, lakin biz bu yerdə dayanmırıq,” – deyə Kobaxidze vurğulayıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Kobaxidze: “Gürcüstanı Şarm əl-Şeyxdəki sülh sammitinə dəvət etmədilər, çünki müharibə aparmadıq”
Öncəki yazı
“Gürcü Arzusu” hansı müxalifət partiyalarına qadağa qoyacağ?