This is a specific ad

Kobaxidze: Gürcüstanda ikinci “Maydan” hadisələrini törətməyə nail ola bilməcəyəklər

50

Another advertisement

“Gürcüstanda ikinci “Maydan” hadisələrini törətməyə nail ola bilməcəyəklər”.

QafqazTürk.com xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze deyib.

O bildirib ki, bu səbəbdən baş verənləri Ukraynadakı bu hərəkatla müqayisə etmək yanlışdır:

“Ölkəmizdə yaşananların “Maydan” hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Ukraynada o zaman baş verənlərin hazırda hansı nəticələrə səbəb olduğunu hər kəs bilir və görür. Bu hadisələr nəticəsində orada bir neçə dəfə hökumət dəyişikliyi baş verdi ki, bu da sonradan müharibə ilə nəticələndi. Ukrayna minlərlə itki verib və ən pisi də odur ki, baş verənlərə görə heç kim məsuliyyət daşımaq istəmir. Biz isə hazırda müstəqilliyimizi qorumağı düşünürük və əsas məqsədimiz yalnız bundan ibarətdir”.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tbilisidə ağır yol qəzası baş verib-Yaralılar var
Öncəki yazı
Ərdoğan: Ermənistan gələcəyinin region ölkələri ilə bağlı olduğunu dərk etməlidir