This is a specific ad

Kobaxidze: Gürcüstan parlamenti xarici agentlərlə bağlı qanunla ən mühüm hüquqi baza yaratdı

47

Another advertisement

“Gürcü xalqının seçdiyi ali nümayəndəlik orqanı dövlət suverenliyini təsdiq etmək üçün ən mühüm hüquqi baza yaratdı. Belə bir qanuna qarşı çıxmaq mümkün deyil”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında deyib.

Kobaxidze qeyd edib ki, hər kəs qanunun düzgün mahiyyətini tanımalı və arqument yoxdursa, qarayaxma kampaniyasını davam etdirməməlidir:

“Proses başa çatıb, qanun qəbul edilib. Bu qanunla bağlı biz hamıya ictimai müzakirə təklif edə bilərik. Müzakirəyə hazırıq, çünki hər dəfə haqlı olmuşuq”.

“Xarici təsirin şəffaflığı haqqında” qanun yalnız bir şeyi nəzərdə tutur – xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların ildə bir dəfə maliyyə bəyannamələri dərc etməsini. Belə bir qanuna qarşı hər hansı arqumentin olması mümkün deyil”, – Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan əhalisinin 80 faizindən çoxu xarici təsirin şəffaflığının tərəfdarıdır, əhalinin 60 faizindən çoxu isə əcnəbilərin tənqidi fonunda “Xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
თბილისის მთავარი ანძა აზერბაიჯანის დროშის ფერებში განათდა
Öncəki yazı
Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb