This is a specific ad

Kobaxidze: Gürcüstan ehtimal ki, dekabrda Aİ-dən namizəd status alacaq

56

Another advertisement

Gürcüstan ehtimal ki, bu ilin dekabrında Avropa İttifaqından (Aİ) namizəd statusu alacaq.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

O, statusla bağlı ötən ayla müqayisədə bu ay daha çox ümidlərin olduğunu, ölkənin status alması şansının artdığını qeyd edib. Əlavə edib ki, bu müxalifətin bəyanatlarında da əks olunur.

“Əvvəllər bunun tarixi qərar olduğunu deyirdilərsə, indi bunun əksini – heç bir mənası olmadığını deyirlər. Bu ritorika da statusla bağlı qərarın yetişməkdə olduğunu göstərir”, – Kobaxidze deyib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyənin ən böyük yerli və milli hərbi gəmisi insanların ziyarətinə açıldı
Öncəki yazı
Fransa polisi özünü partlatmaqla hədələyən qadını güllələyib