Kobaxidze Avropa yürüşü ilə bağlı sərt çıxış etdi

238

Another advertisement

“Ötən gün Azadlıq meydanı o qədər də dolu deyildi – bu uğursuzluğu ört-basdır etmək üçün köhnə mitinqlərin görüntülərini yaydılar, o cümlədən mitinqimizin kadrlarını oğurladılar”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze ötən gecə baş tutan “Gürcüstan Avropa İttifaqını seçir” mitinqini qiymətləndirərkən deyib.

 “Görürsüz ki, müxalifət pis vəziyyətdədir, kampaniya aparmırlar, kəndlərə, rayonlara getmirlər, toplantı keçirə bilmirlər, sadəcə otaqlarda və kreslolarda görüşlər keçirirlər. Kreslolarla görüş keçirirsənsə deməli, sən ən pis vəziyyətdəsən, ümumi cəmiyyətdə dəstəyin yoxdur. Dünən bütün partiyalar və bütün “ENGEO”lar birləşdi, hətta Salome Zurabişvilini də gətirdilər, lakin yenə də Azadlıq meydanını doldura bilmədilər” – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, seçkilərdə təxribatlar gözlənilir. Lakin dövlət sayıqdır və hər hansı təxribatın baş verməməsi üçün hər şey ediləcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Qanazlığını bu qidalarla aradan qaldırın
Öncəki yazı
Mütəxəssislər: Antibiotiklərin effektivliyi sürətlə azalır