Koba Qabuniyaya qarşı bu gün rəsmi ittiham irəli sürüləcək

87

Regional İnkişaf və İnfrastruktur Nazirinin keçmiş müavini Koba Qabuniyaya qarşı bu gün rəsmi ittiham irəli sürüləcək. Bu barədə Qabuniyanın vəkili Quram Qvençadze məlumat verib.

Vəkilin sözlərinə görə, o, hələlik müvəkkili ilə görüşmədiyi üçün irəli sürüləcək ittihamlarla bağlı Qabuniyanın mövqeyi məlum deyil.

Qvençadze həmçinin bildirib ki, Qabuniyanın evində aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən heç bir qanunsuz əşya aşkar edilməyib.

Qeyd edək ki, Maliyyə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti Koba Qabuniyanı saxlayıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Aİ-nin Gürcüstanla bağlı genişlənmə hesabatı noyabrın 4-də dərc olunacaq-ƏTRAFLI
Öncəki yazı
2025-ci ildə iqtisadi artım 7,7 faiz olub – Geostat ilkin proqnozu açıqlayıb