• 23 Fevral 2025 15:51

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Klaus İohannis – Mən böhrandan xilas olmaq üçün Rumıniya prezidenti vəzifəsindən istefa verirəm

ByTürkan Şahverdova

Fev 10, 2025
Another advertisement

Rumıniya prezidenti istefa verib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

“Rumıniya və Rumıniya vətəndaşları üçün böhranın qarşısını almaq üçün mən Rumıniya prezidenti vəzifəsindən istefa verirəm”- Klaus İohannis qeyd edib.

Klaus İohannis çərşənbə günü Rumıniya prezidenti vəzifəsini rəsmən tərk edəcək.

Keçən ay Rumıniyada üç ifrat sağçı partiya İohannisin impiçmentinə çağırıb və parlamentdə səsvermə fevralın 11-nə təyin edilmişdi.

Rumıniyanın Konstitusiya Məhkəməsi ölkənin təhlükəsizlik xidmətlərinin Rusiyanın Rumıniyaya qarşı hibrid hücumlar təşkil etdiyini bildirməsindən sonra noyabrda keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib. İfrat sağçı namizəd Kalin Georgesku seçkinin ilk turunda qalib gəlib. Rumıniya Konstitusiya Məhkəməsinin qərarına əsasən, səlahiyyət müddəti dekabrın 21-də başa çatan Klaus İohannis yeni prezident seçilənə qədər vəzifəsində qalmalı idi.

Rumıniya hökumətinin qərarına əsasən, yenidən prezident seçkilərinin birinci turu mayın 4-də, ikinci turu isə mayın 18-də keçiriləcək.